​Böyük Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib

​Böyük Britaniya səfiri Şəhidlər xiyabanını
14:10 01.09.2022
204 Siyasət
A- A+

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqüs Old Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə diplomat öz tviter hesabında yazıb.

“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - paylaşımda deyilir.

Xatırladaq ki, Böyük Britaniyanın yeni səfiri avqustun 31-i Bakıya gəlib.