​Danimarka XİN rəhbəri Ukraynada SƏFƏRDƏDİR

​Danimarka XİN rəhbəri Ukraynada
15:09 01.09.2022
210 Dünya
A- A+

Danimarkanın xarici işlər naziri Yeppe Kofod Ukraynaya səfərə gedib.

“Report”un məlumatına görə, bu barədə Y.Kofod tviterdə yazıb.

“Danimarkanın Ukrayna xalqına sarsılmaz dəstəyini göstərmək üçün Kiyevə qayıtdığım üçün şadam. İndiyədək biz Ukraynaya hərbi dəstək məqsədilə 400 milyon avrodan çox maliyyə vəsaiti ayırmışıq. Bu vəsait bundan da çox olacaq”, - o vurğulayıb.