​ANAMA ötən ay azad olunmuş ərazilərdə 3 042 mina AŞKARLADI

​ANAMA ötən ay azad olunmuş ərazilərdə 3 042 mina
15:56 01.09.2022
239 Hadisə
A- A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.