Çində kosmik fəzada hərəkət və enerji hasilatı üçün layihələndirilmiş nüvə reaktoru sınaqdan uğurla çıxıb.
Sulh.info.az bildirir ki, bu barədə “Space News” məlumat yayıb.
Bildirilir ki, reaktoru Çin Elmlər Akademiyası layihələndirib. Avadanlıq kosmik gəminin hərəkəti və elektrik avadanlıqlarının qidalandırılması üçün 1 meqavat enerji hasil edə bilir.