​Ermənistanda hərbçi yol qəzasında ÖLDÜ

​Ermənistanda hərbçi yol qəzasında
11:35 02.09.2022
207 Dünya
A- A+

Ermənistanın Geqarkunik vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində müqavilə əsasında xidmət edən 23 yaşlı hərbçi Pavlik B. ölüb.

Məlumatı “Shamshyan” yayıb.

Bildirilib ki, hadisə Çəmbərək-Draxtik avtomobil yolunda baş verib. Məlumata görə, hərbçinin idarə etdiyi avtomobil yolu metal məhdudlaşdırcı divarına dəyərək küvetə yuvarlanıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.