"United Microelectronics" adlı məşhur mikroçip şirkətinin sahibi, tayvanlı iş adamı Robert Tsao mülki vətəndaşlardan ibarət olacaq ordunun Çinə qarşı müqaviməti üçün öz sərvətindən 32 milyard dollar xərcləməyə hazır olduğunu bildirib.
Sulh.info.az xəbər verir ki, Tayvanın ən tanınmış iş adamlarından biri olan 75 yaşlı Tsao keçirdiyi mətbuat konfransında Çin təhlükəsinin artdığını ifadə edərək, 3 il ərzində 3 milyon insanın hərbi təhsil almasının lazım olduğunu bildirib:
“Əgər buna nail ola bilsək, nəinki vətənimizi qorumuş olarıq, həm də sivilizasiyanın inkişafına böyük töhfə vermiş olarıq”.
Daha əvvəl Çinlə birləşməyi müdafiə edən Tsao, Honq-Konqda demokratiya tərəfdarlarına qarşı sərt müdaxilədən sonra fikrini dəyişdiyini söyləyib.
Qeyd edək ki, Avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə gərginlik sürətlə artıb və Çin müstəqilliyini tanımadığı ada ətrafında hərbi təlimlər keçirib.
Mənbə: Haber7.com