​Bakıda ŞOK QƏTL: Qadın ərini çox sayda bıçaq zərbəsi ilə öldürdü

​Bakıda ŞOK QƏTL: Qadın ərini çox sayda bıçaq zərbəsi ilə
12:55 02.09.2022
322 Hadisə
A- A+

Bakıda qadın ərini qətlə yetirib.

Sulh.info.az bildirir ki, bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.