​Astarada baş vermiş yanğın söndürülüb - RƏSMİ

​Astarada baş vermiş yanğın söndürülüb -
16:30 02.09.2022
218 Ölkə
A- A+

Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.