​Bakıda qanunsuz parklanmanın qarşısı ALINDI

​Bakıda qanunsuz parklanmanın qarşısı
16:50 02.09.2022
245 Sosial
A- A+

Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yolun hərəkət hissəsində avtomobillərin parklanması üçün yer zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, həmin şəxslə müvafiq profilaktiki və izahedici söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıb.