​"Qarabağ" azarkeşlərə müraciət etdi

​
18:45 02.09.2022
251 İdman
A- A+

"Qarabağ" "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin I tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib.

SÜLH.İNFO.az "köhlən atlar"ın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Europa Park" stadionunda görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.