​Fransada lisey qarşısında atışma: yaralılar var

​Fransada lisey qarşısında atışma:
21:30 02.09.2022
212 Ölkə
A- A+

Fransanın Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 4 nəfər yaralanıb.

Xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.

İlkin məlumatlara görə, atəş pnevmatik silahdan və yaxınlıqdakı evlərdən birinin pəncərəsindən açılıb.

Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib.