​“TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri Azərbaycandadır

​“TurAz Qartalı - 2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri
22:15 02.09.2022
A- A+

"TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

Bu barədə SÜLH.İNFO.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.