​BMT-nin helikopteri Afrikada qəzaya uğradı

​BMT-nin helikopteri
22:45 02.09.2022
283 Dünya
A- A+

BMT-nin UNHAS təşkilatına məxsus helikopter Konqoda qəzaya uğrayıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Bildirilib ki, helikopter Qoma şəhərinin yaxınlığında yerə çırpılıb.

Qəzanın səbəbi bəlli deyil. Ekipaj heyətindən 3 nəfər xəsarət alıb. Tələfatla bağlı məlumat verilmir.