​Vladimir Zelenski Ali Komandanlığın qərargahında iclas keçirib

​Vladimir Zelenski Ali Komandanlığın qərargahında
09:00 03.09.2022
274 Siyasət
A- A+

Ukrayna prezidenti Vladimir Zelenski Ali Komandanlığın qərargahında iclas keçirib.

Sulh.info.az xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.

O çıxışında bundan sonra cəbhədə baş verəcək dəyişikliklərə diqqət çəkib.

“Düşünürəm ki, hamınız əsas məsələlərin nədən ibarət olduğunu başa düşürsünüz. Müəyyən qərarlar qəbul edilib. Düşünürəm ki, biz onların hamısını görəcəyik”, - deyə Zelenski vurğulayıb.