​Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

​Mahir Emreli
09:15 03.09.2022
228 İdman
A- A+

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

Sulh.info.az bildirir ki, son Xorvatiya çempionu VIII turun açılış oyununda "Riyeka"ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" 22 xalla liderliyini möhkəmləndirib.