​Azərbaycanda polis yol qəzasında həyatını itirdi

​Azərbaycanda polis yol qəzasında
11:30 03.09.2022
234 Hadisə
A- A+

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Qəza nəticədə Elvin Mürsəlzadə hadisə yerində ölüb.

Araşdırma aparılır.