​İstanbulda İNSİDENT: Azərbaycanlı şəxs güllələndi / Görün kim imiş - VİDEO

​İstanbulda İNSİDENT: Azərbaycanlı şəxs güllələndi / Görün kim imiş -
12:55 03.09.2022
299 Ölkə
A- A+

İstanbulun Fateh rayonundakı idman zallarının birində silahlı insident yaşanıb.

Sulh.info.az xəbər verir ki, idman zalında məşq edən azərbaycanlı Ceyhun Ələkbərov 2 xarici vətəndaş tərəfindən güllələnib. Şübhəli şəxslər cinayəti törətdikdən sonra ərazidən qaçaraq uzaqlaşıblar.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. C.Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisəni törədən şəxsləri saxlayıb. Onlardan biri Rusiya əsilli, digəri isə azərbaycanlı olub. Şübhəli şəxslərdən 2 ədəd odlu silah götürülüb. Faktla bağlı araşdırma başladılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.