“Lill”in yarımmüdafiəçisi Yusuf Yazıcı “Trabzonspor”a keçib.
Sulh.info.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarə əsasında sözügedən klubda çıxış edəcək.
"Trabzonspor"un yetirməsi olan Yazıcı 2022-ci ilin yanvar-iyun ayları arasında Moskvanın SSKA klubuna icarəyə verilib. Türkiyə millisinin üzvü Moskva klubunda keçirdiyi 12 matçda 8 qol vurub və 2 qolun ötürməsini verib.