​Ramzan Kadırov istefa VERİR

​Ramzan Kadırov istefa
10:50 04.09.2022
245 Dünya
A- A+

 Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov vəzifəsini tərk edə bilər.

Bu barədə region başçısı teleqramda videomüraciət yayımlayıb.

“Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifə başında çox qalanam. Çox “oturduğumun” özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun bir tətilə tam layiq oldum. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz”, - siyasətçi müraciətində bildirib. (Report)