​Cəlilabadda yol qəzası olub: Xəsarət alanlar var

​Cəlilabadda yol qəzası olub:
13:50 04.09.2022
260 Hadisə
A- A+

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.