​NATO briqadasının qərargah komandası Litvaya səfər edəcək

​NATO briqadasının qərargah komandası Litvaya
16:00 04.09.2022
273 Dünya
A- A+

Litvada yerləşdirilməsi planlaşdırılan NATO briqadasının qərargahının nümayəndələri Baltikyanı ölkəyə səfər edəcəklər.

Bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas LRT milli radiosunun efirində bildirib.

"Alman hərbçiləri - lazımi avadanlıqla təchiz olunmuş təxminən 100 nəfər bu gün bərə ilə Kildən Klaypedaya gəlir. Sonra onlar Ruklaya gedəcək və orada briqadanın qərargah bölməsini formalaşdırmağa başlayacaqlar", - nazir deyib.

Qərargahın Litvada yerləşdirilməsi qərarı NATO-nun iyunda keçirilən sammitində qəbul edilib.