“Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə fərqli, İrəvanda fərqli davranış sərgilədiyi müddət ərzində Ermənistanın hər mənada normallaşması mümkün deyil”.
Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviter səhifəsindfə yazıb.
“Ermənistanın iqtisadi, siyasi və sosioloji baxımdan çökməsi qaçılmazdır”, - o bildirib.