​Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 73 müraciət daxil olub

​Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı
10:48 05.09.2022
196 Sosial
A- A+

Cari ilin avqust ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.

Dövlət Komitəsindən  bildirilib ki, bununla bağlı 73 müraciət edilib.

Qeyd olunub ki, onların 62-si qadın, 2-si kişi və 9-u uşaqdır. Müraciətlərin 40-ı psixoloji, 32-si fiziki və 1-i cinsi zorakılıqla bağlı olub.

Müraciət edənlərin əksəriyyəti əri (42), keçmiş əri (12) və valideynləri (10) tərəfindən zorakılığa məruz qalıb.