​Xaçınçay su anbarında təmir-bərpa işlərinə 10 milyon manat xərclənəcək

​Xaçınçay su anbarında təmir-bərpa işlərinə
14:45 05.09.2022
265 Ölkə
A- A+

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Xaçınçay su anbarının 7 km -lik magistral kanalla birlikdə təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Bina-Tikinti” MMC-dir.

Qalib şirkətə 9,903 milyon manat ödəniləcək.