​Rusiya XİN: “Əfqanıstandakı partlayışda iki diplomatımız həlak olub”

​Rusiya XİN:
13:40 05.09.2022
286 Dünya
A- A+

Əfqanıstan paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-nin məlumatına görə, hazırda Rusiya səfirliyi Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqədədir.

Partlayış nəticəsində ölən Əfqanıstan vətəndaşlarının sayı isə altı nəfərdir, 15 nəfərin yaralandığını bildirilir.