​Liz Trass planlarını AÇIQLADI

​Liz Trass planlarını
16:33 05.09.2022
249 Dünya
A- A+

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib.

Trass Mühafizəkarlar Partiyasının lideri seçilməyin şərəfli olduğunu deyib.

Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcəyini açıqlayıb.

Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu əlavə edib.