​Kürəkən arvadına əsəbləşdi - qayınanasının evini atəşə tutdu - ŞOK OLAY

​Kürəkən arvadına əsəbləşdi
14:43 10.03.2023
280 Hadisə
A- A+
Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Fərahim ailə münaqişəsi zəmində həyat yoldaşı Esmira və qayınanası Suranı öldürməklə hədələyib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Fərahim həyat yoldaşı Esmiranın atası evindən öz evinə qayıtmamasını bəhanə edib. O, Esmira və qayınanası Suranın üzərində zor tətbiq edəcəyi ilə hədələyib. Ov tüfəngi ilə evin divarına 2 dəfə atəş açıb. 

Ətrafdakı insanların dincliyini pozub, evin divarının zədələməsi nəticəsində Suraya 60 manat maddi ziyan vurub. 

İstintaq orqanı tərəfindən Fərahimin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, atası ilə aralarında olan problemlərə görə həyat yoldaşı Esmira 28 may qəsəbəsində yerləşən öz ata evinə gedib: “Esmira ilə birgə nigahımızdan 13 yaşlı oğlan övladımız var. Həmin övladımı da Səbinə özü ilə aparmışdı.  Dəfələrlə həmin ünvana gedərək həyat yoldaşıma evə dönməsini bildirmişəm. Esmira evə dönməyə razı olsa da, qaynanam Sura ona öz evlərinə qayıtmasına icazə verməyib”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Şamaxı rayonuna gedib: “Evimizdə olan kustar üsulla hazırlanmış ov tüfəngini köynəyimin altına qoydum və özüm ilə götürərək qaynanamgilə getdim. Orada həyat yoldaşım ilə görüşdüm və yenidən ona evə qayıtmasını bildirdim. Qaynanam Sura söhbətimizə müdaxilə etdiyi üçün orada aramızda sözlü mübahisə yarandı. Daha sonra onlar içəri daxil olduqdan sonra üzərimdə olan silahı çıxararaq qorxutmaq üçün bir neçə dəfə yerə atəş açdım. Sonra oradan getdim. Həmin gün qəsəbənin içərisində yerləşən binaların arasında gecələdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növəti gün taksi ilə Şamaxı şəhərində yaşayan bibisigilə yola düşüb: “İstifadə etdiyi həmin silahı göy rəngli selloyan torbaya qoymuşdum. Bibimgilə çatdıqdan sonra polis əməkdaşları həmin evə gələrək məni saxladılar. Oradan Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə gətirdilər. Hadisəni törədərkən əsəbi olduğum üçün atəş açmışam. Heç kimi öldürmək, xəsarət yetirmək məqsədim olmayıb. İstifadə etdiyim həmin silahı təxminən 10 il əvvəl Şamaxı rayonu, Ceyrankeçməz kəndində tanımadığım şəxsə 3 ədəd qoyun verərək almışam. Silahın lüləsini özüm kəsərək balaca olması üçün qısaltmışam”. 

Cinayət işi üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, Fərahim ilə 2005-ci ildə ailə həyatı qurub və birgə nigahlarından 2010-cu ildə oğlu dünyaya gəlib: “Həyat yoldaşım ilə birlikdə 28 may qəsəbəsində yerləşən evlərində yaşamışıq. Həyat yoldaşım ilə ailədə münaqişə olduğundan azyaşlı oğlum ilə birlikdə Müşviqabad qəsəbəsində yaşayan valideynlərimə məxsus evə getdim. Həmin müddət ərzində həyat yoldaşım Fərahim mütəmadi olaraq valideynlərinə məxsus evə gələrək məni sözlə hədələdi, öz evlərinə qayıtmağımı istədi. Mən isə evə qayıtmadım”. 

Zərərçəkmiş qeyd edib ki, növbəti dəfə saat 16 radələrində valideynlərinə məxsus evinin həyətində övladı ilə birlikdə olan zaman Fərahim ora gəlib və uşağa pul verərək siqaret almağa göndərib: “Azyaşlı oğlum getdikdən sonra Fərahim məndən nə üçün evə getmədiyimi soruşdu. Bununla bağlı aramızda mübahisə yarandı. Fəhmin məni hədələdi. Sonra evə daxil oldum və bir neçə dəqiqədən sonra həyətdən silah səsi eşitdim. Həyətə çıxarkən Fəhmin artıq getmişdi”. 

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fəhminin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinə tövsif edilib. 

Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb və onlara dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.