​Astarada qadın keçmiş əri tərəfindən öldürüldü

​Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
13:15 13.03.2023
238 Hadisə
A- A+

Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində baş verib.

 

1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.