​Avtobusdakı dava ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

​Avtobusdakı dava ilə bağlı
11:05 14.03.2023
226 Hadisə
A- A+
Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.