Gürcüstanda “Mühafizəkarlar Hərəkatı” partiyasının təşkil etdiyi etiraz aksiyasının iştirakçıları parlament binasının qarşısında asılmış Avropa İttifaqının bayrağını yerindən çıxarıblar.
Etirazçılar bayrağı cırmağa çalışsalar da, polis buna icazə verməyib. Belə ki, bayrağın məhv edilməsi qanunla qadağandır. Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında mübahisə baş verib.
Etirazçılar Avropa İttifaqının bayrağı əvəzinə Gürcüstanın dövlət bayrağını asıblar. Qəzəbli insanlar daha sonra Aİ bayrağını yandırıblar.