​Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız ÖLDÜ

​Ağır vəziyyətdə Bakıya gətirilən 14 yaşlı qız
10:18 15.03.2023
215 Hadisə
A- A+
Martın 5-i Göyçay rayonunun Kürdəmiş kəndində dəm qazından zəhərlənən yeniyetmə qız Bakıdakı xəstəxanada vəfat edib.

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 2009-cu il təvəllüdlü Zahidə Samir qızı Məmmədzadə tibbi müdaxilələrə baxmayaraq, martın 14-də dünyasını dəyişib.

Qeyd edək ki, Z.Məmmədzadə yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib, ailə üzvləri onu huşsuz halda tapıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.