​Tokayev Təhlükəsizlik Şurasını TOPLADI

​Tokayev Təhlükəsizlik Şurasını
11:19 15.03.2023
199 Dünya
A- A+
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının toplantısını keçirib.

Bu barədə "Zakon.kz" məlumat yayıb.

Bildirilib ki, toplantıda Milli Təhlükəsizlik Risklərinin İdarə Edilməsi üzrə Tədbirlər Planının icrası məsələlərinə baxılıb. Həmçinin baş nazirin müavini Roman Sklyar məruzə ilə çıxış edib.

Məlumata görə, aidiyyəti dövlət qurumları da mövzu ilə bağlı informasiya verib. Tokayev milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasının zəruriliyini qeyd edib.