​DƏHŞƏT! - Ata oğlunu kəndirlə boğdu…

​DƏHŞƏT!
13:00 15.03.2023
229 Dünya
A- A+
Ata övladını kəndirlə boğub, bıçaqla hədələyib.

Rusiyanın  Voronej vilayətində   həbs edilən   şəxs  oğluna, ögey oğluna və  həyat yoldaşına işgəncə verib.

Təqsirləndirilən şəxs 8 ay istismar etdiyi 13 yaşlı ögey oğlu, 8 yaşlı oğlu və həyat yoldaşı ilə yaşayıb.

Kişi dəfələrlə  əli ilə oğlunun başına və sinəsinə vurub. Müxtəlif xəsarətlər yetirən ata  ögey oğluna  da işgəncələr verib, əli ilə saçını dartıb, o cümlədən xalça kəndirlə boğub, boynuna bıçaq diriyərək  onu öldürməklə hədələyib. O, hər iki uşağı nalayiq sözlərlə təhqir edib, həmçinin onların yanında spirtli içkilərdən istifadə  edib, evdə qalmaqal və dava salıb.Kişi həyat yoldaşına da xəsarət yetirib onu boğub, onun boynuna bıçaq və çəngəl qoyub, öldürməklə hədələyib və təhqir edib. Buna görə də  uşaqlar və qadın evdən qaçaraq polisə şikayyət ediblər.

Qeyd edək ki, əvvəllər yetkinlik yaşına çatmayanların saxlanması, maarifləndirilməsi, hüquq və mənafelərinin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə təqsirli bildirilən  şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

O, həm də birlikdə yaşadığı həyat yoldaşını  öldürməklə hədələmək və qəsdən sağlamlığına yüngül zərər vurmaqda ittiham olunub. İstintaq zamanı həmin şəxs özünü təqsirli bilib.

Faktla bağlı araşdırma aparılır.