​Bakıda OLAY - gənc qız pəncərədən yıxılaraq ÖLDÜ

​Bakıda OLAY
09:53 16.03.2023
214 Hadisə
A- A+

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, “əlillər binası” kimi tanınan yaşayış kompleksinin sakini, 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.