​Keçmiş prokurora küçədə HÜCUM OLDU - saxlanılan VAR

​Keçmiş prokurora küçədə HÜCUM OLDU
10:14 16.03.2023
190 Hadisə
A- A+
Keçmiş prokuror Rüfət Səfərova qarşı zorakılıq olub.

Bu barədə o, öz feysbuk hesabında paylaşım edib. R.Səfərov bildirib ki, küçədə avtomobilinə əyləşərkən tanımadığı bir nəfər ona başla zərbə vurub. O, məsələ ilə əlaqədar polisə müraciət etdiyini deyib. Polis tərəfindən kameralar vasitəsilə R.Səfərova qarşı zorakılıq göstərən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi - 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.

Araşdırmalar davam etdirilir.