​Musiqiyə görə qətl törədən şəxs SAXLANILDI

​Musiqiyə görə qətl törədən şəxs
10:23 16.03.2023
198 Hadisə
A- A+
Bakıda restoranda musiqi sifarişinə görə gənc oğlanı öldürən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.