Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.
Bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.
Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.