​Xan öldürüldü

​Xan öldürüldü
12:00 21.03.2023
85 Dünya
A- A+

Pakistanda sabiq baş nazir İmran Xanın lideri olduğu “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının funksioneri Atif Münsif Xanın avtomobili atəşə tutulub. 

SULH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, sui-qəsd nəticəsində Atif Münsif Xan da daxil olmaqla 10 nəfər həyatını itirib.

Polis hadisənin ədavət zəminində baş verdiyini ehtimal edir. Hadisənin kimlər tərəfindən törədilməsi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb.