Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub.
Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində isə daha iki nəfər ölüb.
İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, 44 nəfər yaralanıb.
***
Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva vilayətində azı iki nəfər həlak olub.
Bu barədə Pakistanın "Dawn" qəzeti yazıb.
Əfqanıstanın şərqində yerləşən Laqman vilayətində daha iki nəfərin öldüyü açıqlanıb.
Zəlzələ nəticəsində 150-dən çox şəxsin yaralandığı bildirilir.