Bakıda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Turxan İsmayılovun cinayət işi üzrə təfərrrüatlar məlum olub.
Referans.az xəbər verir ki, hadisə Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsi 8 ünvanında yerləşən kafedə baş verib. Saatlı rayon sakini, 43 yaşlı İsgəndərov Əflan Suvarağa oğlu qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Turxan İsmayılov saxlanılıb.
Daha doğrusu, qohumlarına polisdən zəng gələndən sonra cinayətkar gizlənməyin mənasız olduğunu anlayaraq, özü polisə təslim olub.
İş üzrə dindirilimiş Turxan İsmayılov ifadəsində bildirib ki, Əflan İsgəndərovu hadisədən 1 ay əvvəl Coşqun Əliyevin vasitəsi ilə tanıyıb. Əflan Coçqunun evində usta kimi işləyib.
Avqustun 21-də gözünü müayinə etdirməkdə ötrü Daşkəsən rayonunda Bakıya gəlib və Coşqunun kirayə tutduğu mənzildə qalıb.
Sentyabrın 3-də Əfqan Coşquna zəng edərək ad günü olduğunu və gəlib onları kafeyə aparacağını deyib. Saat 14:00 radələrinə İsgəndərov özünə məxsus avtomaşınla gəlib metronun "Memar Əcəmi" stansiyasının yaxınlığından onları götürüb və birlikdə 6-ci mikrorayonda yerləşən çay evinə gəliblər. Ora daxil olanda Əflanın telefonuna zəng gəlib və o, danışarkən kiminsə ünvanına ucadan söyüş söyməyə başlayıb. O, yaxınlaşıb Əflana söyüş səyməməsini bildirib. Bu zaman İsgəndərov telefon danışığını bir anlıq saxlayaraq üzünü çevirib nalayiq ifadə ilə onu təhqir edib. Ona "Sən məni tanımırsan. Bu nə sözlərdir, mənə deyirsən?" söyləyəndə aralarında mübahisə yaranıb. Kəmərindən bıçağı çıxarıb bir dəfə Əflanın qarın nahiyyəsinə zərbə vurub.
"Otağa keçdik, hərəmiz bir yerdə oturduq. Əflan da əsəbi halda telefonla danışırdı. Dedim, səbirli ol, söyüşlə danışma. Hamı səsini eşitdi kafedə. Bu zaman telefonu qoydu yerə, çevrilib başladı mənimlə söyüş söyə-söyə danışmağa. Belimdən bıçağı çıxartdım ki, aralaşıb çəkilsin kənara. Gördüm çəkilmir, bir dəfə vurdum qarnından".
Turxan ifadəsinin davamında bidirib ki, Əflan əli ilə qarnını sixib həkim çağırmalarını deyib. Yaralanan şəxsi orada qoyaraq obyektdən çıxıblar. Elə himn gün Anar və Coşqunla birlikdə Şirvan şəhərinə gediblər.
Sentyabrın 4-də Bakıya qayıdıb və 4-cü polis şöbəsinə gələrək təslim olub.
Zərərçəkmiş şəxsi hüquqi varisi Gülnarə İsgəndərova ifadəsində göstərib ki, əri Əfanla Xırdalan şəhərində kirayədə yaşayıblar. Yoldaşı 6-7 il olar ki, fərdi qaydada qaynaqçı kimi çalışıb.
Sentyabrın 3-ü Əflanın ad günü olub. Saat 14:00 radələrində kiminləsə telefonla danışandan sonra evdən çıxıb. Bir-iki saatdan sonra kirayə qaldığı evin sahibi ona Əflanın bıçaqlandığını və hazırda xəstəxanada olduğunu bildirib. Kliniki tibbi mərkəzə çatanda ona yoldaşının artıq öldüyünü bildiriblər.
Məhkəmə iclasında Turxan İsmayılov ittima üzrə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsi hüquq varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə əvvəllər məhkum olunmuş Turxan İsmayılov 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Referans.az xəbər verir ki, cinayətin detalları ARB kanalında yayımlanan "Kriminal" verilişində açıqlanıb.
Həmin video materialı təqdim edirik: