Belə ki, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.
Orxan Cəfərov 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. İxtisası həkim- psixiatırdır. O, 2011-2013-ci illərdə Respublika Psixiatriya Xəstəxanasında həkim,-psixiatr kimi fəaliyyət göstərib. 2020-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Elşən Mustafayevə gəlincə, Elşən Mustafayev ixtisasca psixiatr, psixoterapistdir.
O, 2005-ci ildə Azərbaycan Tibb Universitetində Psixiatriya təhsili alıb, 2006-cı ildə 1 saylı Respublika Psixiatriya xəstəxanasında – həkim psixiatr, 2007-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında – şöbə müdiri, 2018-ci ildən Medical Plaza Klinikasında – həkim psixiatr kimi çalışmaqdadır.