Sabiq icra başçısının oğlu məhkəməyə verilib.
İqtisadiyyat Nazirliyi yananda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Muxtarlı Cəlal Kamal oğlu ilə bağlı məhkəməyə müraciət edib.
Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.
Qeyd edək ki, mətbuatda C. Muxtarlının 1992-93-cü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olmuş Kamal Muxtarlının oğlu olduğu yazılır.