​İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

​İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
12:28 05.04.2023
213 Hadisə
A- A+
İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, hadisə aprelin 4-də saat 21:25-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.