Mingəçevir su anbarında zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub. Zəlzələ hiss olunmayıb.