​Xəzərin Azərbaycan sektorunda hərbi gəmilərin reyd toplantısı keçirilib - VİDEO

​Xəzərin Azərbaycan sektorunda hərbi gəmilərin
13:48 05.04.2023
260 Hərbi
A- A+
Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.