Sosial şəbəkələrdə F.Bakarovun ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video yayılıb. Videoda məşqçinin özünü pis hiss edən uşağa qarşı həddən artıq aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda – doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.