​Çayxanada həmkəndlilər arasında mübahisə qanla NƏTİCƏLƏNDİ

​Çayxanada həmkəndlilər arasında mübahisə qanla NƏTİCƏLƏNDİ
11:28 02.05.2023
190 Hadisə
A- A+
Oğuz sakini çayxanada bıçaqlanıb

Rayonun Bayan kəndi ərazisində yerləşən çayxanada 1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov həmkəndlisi, 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətovu boyun nahiyəsindən bıçaqlayıb. 66 yaşlı B. Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, məhkəmə tibbi ekspertizası təyin olunub və faktla bağlı araşdırma aparılır.