​“Millətin tərbiyəsini pozmayın...” - Siyavuş Novruzovdan ETİRAZ

​“Millətin tərbiyəsini pozmayın...”
12:23 02.05.2023
197 Toplum
A- A+
"Televiziyada boşanırlar, ailə qururlar. Azərbaycanın milli mənəvi dəyərləri var, belə olmaz".

 Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. 

Millət vəkili televziyalardakı bəzi verilişlərin formatından narazı qaldığını deyib: 

"Niyə ailə münasibətlərini televiziya həll etməlidir: Bu tipli verilişlər Rusiyada ola bilər, amma  biz Rusiya ilə bir deyilik. Belə verilişlərə mənim övladım, nəvəm, nəticəm baxır. Axı belə olmaz. Bizim dövlətimiz mənəviyyat üzərində qurulub. Millətin tərbiyəsini pozmayın".