​İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI

​İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
13:16 02.05.2023
218 Toplum
A- A+
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

Sulh.info.az report-a istinadən xəbər verir ki, məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.