​ŞOK FAKT - "Hüseyn Dəryaya SUİ-QƏSD EDİLİB" /VİDEO

​ŞOK FAKT
15:30 02.05.2023
130 Maqazin
A- A+
"Hüseyn Dəryaya sui-qəsd edilib. Soyuq silahla ona sui-qəsd etməyə cəhd göstərmişdilər. Həmin hücumdan bir gün əvvəl axşam hadisə baş verdi. Ondan sonra növbəti gün bu sui-qəsd yaşandı. Ona hücum edildi. Mən də qarşısını aldım və yaralandım".

Bu sözləri bir zamanlar şou-biznesdəki müğənnilərin cangüdəni olaraq çalışan Emin Ağayev deyib. 

"Birincilər" layihəsinə danışan Ağayev repçi Hüseyn Dəryaya qarşı bir yox, bir neçə dəfə sui-qəsd cəhdi edilib:

"Hüseynlə çalışdığım dövrlərdə iki tədbirlər zamanı iki-üç dəfə yaralanmışam. Hətta bir dəfə Bakı Dövlət Universitetində onun konserti var idi. Təşkilatçılar bu barədə daha yaxşı bilərlər. Hüseynə həmişə deyirdim ki, kütlənin arasına girmə. O camaatın arasına atlandı. Sonra biz gördük ki kütlənin arasında nəsə parıldayır. Oradan Hüseynə bıçaq atdılar. O bıçağı mən əlimlə saxladım. Əlimdə də hələ kəsik izi qalıb. İzdiham olduğundan o bıçağı kimin atdığını belə görmədik".

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində keçirdiyi avtomobil qəzası zamanı dünyasını dəyişib. O, Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.